"Neftçi"nin yeni baş məşqçisi rumıniyalı ola bilər.
Sportal.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, “Neftçi” rəhbərliyinin əsas namizədlərindən biri Adrian Mutudur. İddiaya görə, “ağ-qaralar”ın təklifi gənc mütəxəssisi qane edərsə, o, dərhal hazırkı komandasını tərk edərək "Neftçi”dəki işinə başlayacaq.
Mutu bundan əvvəl “Universitetya” (Krayova), “Voluntari” və Rumıniyanın gənclərdən ibarət milli komandasını da çalışdırıb. O, futbolçu kimi Rumıniya millisində, “Çelsi”, “Yuventus”, “Fiorentina”, “İnter”, “Parma” kimi klublarda çıxış edib.
Xatırladaq ki, ötən mövsüm "Neftçi"yə rumıniyalı məşqçi Laurentsiu Regekampf rəhbərlik edirdi.
saytlarin hazirlanmasi