2019-cu ildə "Qəbələ"dən "Neftçi"yə keçmiş Voyislav Stankoviç yeni mövsümə “ağ-qaralar”ın heyətində başlamayacaq.
Sportal.az saytına verilən məlumata görə, 35 yaşlı futbolçuya "Neftçi"dən təklif gəlməyib. Buna görə də, serbiyalı gələn dəvətləri götür-qoy etməyə başlayıb.
Stankoviçə Azərbaycan klublarından daha çox "Səbail" ciddi maraq göstərib. Belə ki, Bayıl təmsilçisi təcrübəli futbolçu ilə bir illik müqavilə imzalamaq istəyib. Lakin maliyyə məsələlərində ortaq məxrəcə gələ bilmədikləri üçün keçid baş tutmayıb. Serbiyalının yeni mövsümə harada başlayacağı yaxın günlərdə dəqiqləşəcək.
Stankoviç “Dinamo”(Vranye), “OFK Beoqrad”, “Partizan”, “İnter”(indiki “Şamaxı”) klublarında da oynamışdı.
saytlarin hazirlanmasi