"Neftçi"nin qapıçısı Aqil Məmmədov komandanın Sankt-Peterburqda (Rusiya) təlim-məşq toplanışını tərk edərək Bakıya qayıdıb.
Sportal.az xəbər verir ki, buna səbəb 34 yaşlı qapıçının "Matç TV" kubokunun ilk oyununda “Zenit”lə görüşdə (1:3) aldığı zədə olub.
Təcrübəli qapıçı "Neftçi"nin toplanışının Rusiya mərhələsinin qalan hissəsini buraxacaq. O, yalnız 10 gündən sonra məşqlərə başlaya biləcək.
saytlarin hazirlanmasi