"Neftçi"nin yeni baş məşqçisi təyin olunacağı gözlənilən Adrian Mutu Rumıniyanın "Rapid" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə Buxarest təmsilçisinin rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Adrian Mutu 2022-ci ilin mart ayından "Rapid"i çalışdırırdı. Komanda onun rəhbərliyi altında 28 qələbə qazanıb, 12 heç-heçə edib, 16 matçda isə məğlub olub.
Rumıniya mətbuatı Adrian Mutunun "Neftçi"nin Sankt-Peterburqda baş tutan təlim-məşq toplanışına qoşulmaq üçün Rusiyaya gedəcəyini iddia edir.
saytlarin hazirlanmasi