Filip Ozobiç: "Srvena Zvezda" ilə oyun çox faydalı oldu"

12:53 - 9 İyul 2023

"Neftçi"nin futbolçusu Filip Ozobiç "Srvena Zvezda"ya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra "Matç TV" kanalına açıqlama verib.

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi rəqibin daha üstün oynadığını bildirib:

- "Srvena Zvezda" bir çox məqamlarda bizdən daha yaxşı görünürdü. Mövsümə hazırlığın bu mərhələsində onlar "Zenit"dən daha yaxşıdır. Biz də öz növbəmizdə səviyyəmizi yüksəltmək üçün çalışmalıyıq. Bu baxımdan matç çox faydalı oldu.

Ümumiyyətlə, turniri necə dəyərləndirirsiniz?

- Çox yaxşı. Komandalar, təşkilatçılıq, otel, məşq etdiyimiz baza - hər şey superdir. Üstəlik, “Srvena Zvezda” ilə bu toplanışda məşq etdiyimiz stadionda oynadıq. Yəni praktiki olaraq bizim üçün ev matçı idi. Turnir haqqında ancaq yaxşı şeylər deyə bilərəm.

- "Neftçi"nin "Fənərbaxça" ilə oyunu var. Bu matç haqda düşüncələriniz necədir?

- Nəticə həmişə vacibdir, amma yenə də bunlar yoldaşlıq oyunlarıdır. Çempionatda və Avropa yarışlarında necə görünəcəyimiz daha önəmlidir. Biz hələ ciddi hazırlaşmalıyıq.

Xəbər xətti