"Srvena Zvezda"nın baş məşqçisi "Neftçi" üzərindəki qələbə haqda: "İstədiyimizi etdik"

09:25 - 10 İyul 2023

Serbiyanın “Srvena Zvezda” klubunun baş məşqçisi Barak Bahar Sankt-Peterburqda (Rusiya) təşkil edilən “Matç TV” kubokunun ikinci görüşündə “Neftçi”yə qalib gəlmələrini şərh edib.

Sportal.az xəbər verir ki, israilli mütəxəssis komandasının Bakı klubunu 4:0 hesabı ilə məğlubiyyətə uğratması haqda bunları deyib:

"Turnirdə ardıcıl ikinci oyunda qalib gəlmək xoşdur. Bu dəfə fərqli qələbə oldu. Çünki rəqib də fərqli idi, qələbə hesabı da. Amma komanda ruhunu saxladı və yüksək təzyiq sayəsində meydanda hadisələrə nəzarət edə bildik. Oyuna çıxdıq və istədiyimizi etdik. Yaxşı oynadıq və qalib gəldik. Ona görə də razıyam".

Xəbər xətti