"Neftçi" serbiyalı müdafiəçi ilə yollarını ayırdı

19:21 - 10 İyul 2023

"Neftçi"də növbəti ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Voislav Stankoviçlə başa çatan müqaviləni yeniləməyib. Bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2019-cu ilin iyulundan “Neftçi”də çıxış edən Stankoviç geridə qalan 4 mövsüm ərzində 97-si çempionat (7 qol), 11-i kubok (1 qol), 18-i avrokubok olmaqla 126 matçda meydana çıxıb, 8 qola imza atıb.

Xəbər xətti