"Neftçi"dən ayrılan futbolçu Serbiya klubunda

19:58 - 10 İyul 2023

"Neftçi"dən ayrılan Voislav Stankoviçin yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, serbiyalı mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. 35 yaşlı futbolçu Pançevo "Jelezniçar"ı ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli arxa xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Voislan Stankoviç Azərbaycanda "İnter" (indiki "Şamaxı") və "Qəbələ"də çıxış edib. O, 2019-cu ildən "Neftçi"nin şərəfini qoruyurdu.

Xəbər xətti