"Neftçi" baş məşqçi postuna rumıniyalı Adrian Mutunu gətirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi 44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. Mutu təyinatı ilə bağlı fikirlərini"ağ-qaralar"ın mətbuat xidməti ilə bölüşüb:
“Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına mailk klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.
saytlarin hazirlanmasi