Bu gün "Neftçi" Adrian Mutunun keçidini rəsmi olaraq açıqlayıb.
Sportal.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi rumıniyalı mütəxəssislə iki illik müqavilə imzalayıb.
Hazırda Bakıda olan Mutunun komandanın düşərgəsinə nə vaxt yollanacağı hələ ki, bəlli deyil. Amma rəhbərlik yeni baş məşqçiyə tez bir zamanda vizanın açılması üçün təcili bu işlə məşğul olmağa başlayıb. Bu məsələ həll olunan kimi rumıniyalı Sankt-Peterburqa uçacaq və komandanın düşərgəsində olacaq.
Qeyd edək ki, yeni sezonun hazırlıqlarını Sankt-Peterburqda keçən "Neftçi" iyulun 15-də "Fənərbaxça", 18-də "Spartak"la qarşılaşacaq.
saytlarin hazirlanmasi