"Neftçi"nin sabiq futbolçusu Portuqaliya klubunda

19:13 - 11 İyul 2023

"Neftçi"nin sabiq futbolçusu Xorxe Korreanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, argentinalı vinger karyerasını Portuqaliyada davam etdirəcək. 30 yaşlı ön xətt oyunçusu "Torrense" klubuna keçib. Təcrübəli futbolçu ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xorxe Korrea 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvarınadək "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində 2 Premyer Liqa matçında meydana çıxıb.

Xəbər xətti