"Neftçi"nin legioneri: "Nəticələr xoşagəlməzdir"

12:33 - 12 İyul 2023

"Neftçi"nin müdafiəçisi Solomon Kverkveliya Rusiya mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, gürcü futbolçu "Neftçi"nin "Zenit"ə (1:3) və "Srvena Zvezda"ya (0:4) məğlubiyyətini şərh edib.

Bununla yanaşı, ümumilikdə turnir barədə fikirlərini bildirib: "Çox yaxşı turnirdir. Burada çox güclü klublar iştirak edir. Bizim üçün təlim-məşq toplanışı kimidir. Doğrudur, hələ ki, alınmır. Təbii ki, nəticələr xoşagəlməzdir".

- Rusiyaya qayıtmaq istəyərdiz?

- Bilmirəm.

- Rusiyadan təkliflər olub?

- Deyə bilmərəm.

- Var idi?

- Bu haqda bir söz deyə bilmərəm.

31 yaşlı Solomon Kverkveliya əvvəllər Rusiyada "Rubin", "Nefteximik", "Lokomotiv" və "Rotor"da çıxış edib.

Xəbər xətti