"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun bütün köməkçiləri həmyerliləri olmayacaq.
Sportal.az saytına verilən məlumata görə, onlar arasında azərbaycanlı mütəxəssisi də görə biləcəyik. Hazırda klub rumıniyalıya kömək etmək üçün yerli məşqçi axtarışındadır.
Əslində, “Neftçi”nin namizədləri də məlum idi. Lakin Aftandil Hacıyev edilən təklifə razılıq verməyib. Çünki onun “Qarabağ”ın futbol akademiyasına rəhbərlik edəcəyi gözlənilir. Əldə etdiyimiz məlumata görə, digər namizəd Mahir Şükürovdur. Yaxın günlərdə “Neftçi”dəki yerli köməkçi məşqçinin adı açıqlanacaq. Mutunun digər köməkçiləri isə həmyerliləridir.
saytlarin hazirlanmasi