2023/2024 mövsümünün hazırlığını davam etdirən "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" baş məşqçi Adrian Mutunun istəyi ilə ÇFR-in müdafiəçisi Yuri Matiası rənglərinə bağlayıb. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
"Neftçi"nin 28 yaşlı mərkəz müdafiəçisi üçün 400 min avro ödədiyi bildirilir.
Qeyd edək ki, ÇFR Yuri Matiası 2022-ci ilin fevral ayında "Qaz Metan"dan transfer edib. Braziliyalı futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 51 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Klubu ilə 1 illik müqaviləsi olan oyunçunun "Transfermakt" saytında dəyəri 1 milyon 800 min avrodur.
saytlarin hazirlanmasi