"Neftçi" müdafiəçisi ilə yollarını ayırdı

16:10 - 16 İyul 2023

“Neftçi” müdafiəçi Solomon Kverkveliya ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 

Qeyd edək ki, 2022-ci ilin iyulunda “Neftçi”yə transfer olunmuş Kverkveliya bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.

Xəbər xətti