"Neftçi"nin Rumıniyadan gətirdiyi rumıniyalının maaşı bəlli oldu

14:35 - 18 İyul 2023

Rumıniya mətbuatı "ÇFR Kluj"dan "Neftçi"yə keçəcək Yuri Matiasın Azərbaycanda qazanacağı məvacibi açıqlayıb.

Sportal.az "Prosport"a istinadən xəbər verir ki, braziliyalı futbolçu ayda 18 min avro (təxminən 34 min 400 manat) maaş alacaq.

Matias artıq paytaxt təmsilçisinin düşərgəsinə qoşulub. "Neftçi" yaxın vaxtlarda onunla müqavilə imzaladığını rəsmən elan edəcək.

28 yaşlı müdafiəçi “Akademika de Koimbra”, “Traktor”, “Qaz Metan” klublarında oynadıqdan sonra 2022-ci ildə “ÇFR Kluj”a keçib.

Xəbər xətti