"Neftçi" braziliyalı müdafiəçi transfer etdi - RƏSMİ

17:20 - 18 İyul 2023

2023/2024 mövsümünün hazırlığını davam etdirən "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçısı Rumıniyanın ÇFR klubundan Yuri Matiası rənglərinə bağlayıb. Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı mərkəz müdafiəçisi "Neftçi"nin heyətində 44 nömrəli formanı geyinəcək.

Xəbər xətti