"Neftçi"nin yeni transferi Yuri Matias klubun sosial şəbəkə hesabı vasitəsilə azarkeşlərə səslənib.
Sportal.az xəbər verir ki, 28 yaşlı braziliyalı müdafiəçi Bakıya gəlməyi səbrsizliklə gözlədiyini bildirib:
"Hamını salamlayıram. Mən Matias! "Neftçi"nin yeni oyunçusuyam. Hazırda komanda ilə birlikdə Moskva şəhərindəyəm. Sizləri və şəhərinizi tanımağı səbrsizliklə gözləyirəm".
Qeyd edək ki, "Neftçi" Rumıniyanın ÇFR klubundan heyətinə qatdığı Yuri Matiasla 2 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi