Rusiyanın “Ximki” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev "Neftçi"yə keçə bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, I Divizion təmsilçisi 26 yaşlı futbolçu üçün Azərbaycan klubundan 600 min avro (təxminən 1 milyon 150 min manat) tələb edir. Ayazın klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.
Ayaz Quliyev özü Bakı klubuna keçməyə isti yanaşır. Lakin hələlik klubu ilə anlaşa bilməyib
saytlarin hazirlanmasi