"Neftçi"nin futbolçusu Filip Ozobiç Rusiya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, "euro-football.ru" saytına danışan 32 yaşlı yarımmüdafiəçi hələ tam hazır olmadıqlarını bildirib:
"Biz hələ mövsümə 100 faiz hazır deyilik. Bu yaxınlarda yeni baş məşqçi gəldi. Adrian Mutu cəmi dörd-beş gündür bizimlədir və hələ çox işimiz var. “Spartak”la görüşdən məlum oldu ki, o, mövsümə bizdən daha yaxşı hazırlaşıb. Yeni baş məşqçi öz oyununu ortaya qoymaq istəyir. Amma indi bizim üçün ən vacib olan fiziki cəhətdən hazırlaşmaqdır. Daha yaxşı oynamaq üçün formada olmaq lazımdır. Hazırda çox da yaxşı görünmürük. Bu, mənə də aiddir. Zədəmi yeni sağaldıram. Ona görə də yaxşı hazırlaşmaq üçün hələ vaxt lazımdır, təxminən bir aya yaxın".
saytlarin hazirlanmasi