"Neftçi"nin kapitanı Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi baş məşqçi Adrian Mutu ilə yeni mərhələdən keçdiklərini bildirib:
"Avrokuboklara artıq bir həftə qalıb. Biz yeni mərhələdən keçirik. Bu yaxınlarda yeni baş məşqçi təyin olunub. Düşünürəm ki, yavaş-yavaş Avropa yarışlarına hazırlaşacağıq. Meydandakı mövqeyim məni narahat etmir, hər şey qaydasındadır. Düşünürəm ki, komanda mənə arxalanır".
saytlarin hazirlanmasi