"Rapid"in forvardının "Neftçi"yə keçidinin baş tutmamasının səbəbi

18:13 - 20 İyul 2023

“Neftçi” “Rapid”in forvardı Marko Duqandziçi heyətinə qatmaq istəyib.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar”In yeni baş məşqçisi Adrian Mutu yaxından tanıdığı forvardı sərəncamında görmək istəyib.

Lakin Buxarest təmsilçisi 29 yaşlı forvardın gedişinə imkan verməyib. Buna səbəb isə xorvatiyalıya alternativin olmamasıdır. Bununla yanaşı, “Rapid” Marko üçün “Neftçi”dən 1 milyon avro transfer məbləği istəyib. Bu iki səbəbə görə transfer baş tutmayıb və “Neftçi” hazırda başqa forvardlarla danışıq aparır.

“Osiyek”, “Ternana”, “Botoşani”, “Soçi”, “ÇFR Kluj” klublarının formasını geyinmiş Duqandziçin hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

Xəbər xətti