Adı "Neftçi" ilə hallanan Mark Tamaş Rumıniyanın "Sepsi" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisinin gələn ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Sepsi" Mark Tamaşı ötən ilin sentyabr ayında "Şlask"dən transfer etmişdi. Macarıstanlı arxa xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi