"Neftçi"nin macarıstanlı futbolçu Mark Tamaşı transfer edəcəyi barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisinin Bakı klubuna hansı məbləğə başa gəldiyi müəyyənləşib. Rumıniya mətbuatının yazdığına görə, "ağ-qaralar" təcrübəli futbolçu üçün onun klubuna 200 min avro ödəyib.
Rumıniya klubu "Neftçi"nin təklifindən sonra Tamaşın müqaviləsini ləğv edib. Futbolçu yaxın günlərdə yeni komandasına qoşulacaq.
saytlarin hazirlanmasi