Rusiyadakı hazırlıq dönəmini başa vuran "Neftçi" paytaxtda məşqlərini bərpa edəcək.
Bakı təmsilçisinin məşqlərini harada keçirəcəyi bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, bakılıların seçdiyi məkan Bakı Olimpiya Stadionu olub.
Komanda həm köməkçi, həm də əsas meydançada hazırlaşacaq. Bu isə “ağ-qaralar”In yeni baş məşqçisi Adrian Mutunun qərarı əsasında baş tutub. Rumıniyalı mütəxəssis "Neftçi"nin bütün məşqlərini BOS-da keçirməsini istəyib.
Xatırladaq ki, "Neftçi" Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Jelezniçar"la qarşılaşacaq. İlk oyunu iyulun 27-də səfərdə keçirəcək təmsilçimiz, cavab qarşılaşmasını avqustun 3-də Bakıda oynayacaq.
saytlarin hazirlanmasi