“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Rusiyadakı təlim-məşq toplanışını başa vuran flaqman iki günlük fasilədən sonra məşqləri bərpa edib.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün Bakı Olimpiya Stadionunda məşqə çıxıb. Zədəli Emil Balayevdən başqa bütün futbolçuların iştirak etdiyi məşqdə əsasən toplu çalışmalar icra olunub.
“Neftçi” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi