"Neftçi"nin səfər matçının vaxtı dəyişdi

16:56 - 22 İyul 2023

Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Jelezniçar" - "Neftçi" matçının başlama saatı dəyişib.

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovidana keçiriləcək oyun əvvəlcədən nəzərdə tutulduğu kimi saat 22:30-da başlamayacaq. Belə ki, qarşılaşma yarım saat gec, yeni 23:00-da start götürəcək.

Qeyd edək ki, "Jelezniçar" - "Neftçi" görüşü 27 iyul tarixində "Qrbavitsa" stadionunda baş tutacaq. Komandalar arasında cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Xəbər xətti