Rusiyanın iki klubu "Neftçi"nin futbolçusu üçün mübarizə aparacaq

18:18 - 23 İyul 2023

"Neftçi"nin yarımmüdafiəçisi Kilan Lebon Rusiyanın bir neçə klubunun maraq dairəsinə düşüb.

Sportal.az saytına verilən məlumata görə, Sankt-Peteburqda keçirilən “Matç TV” turnirindəki performansından sonra Premyer Liqanın iki klubu onu transfer etmək istəyir. 

Etibarlı mənbədən verilən məlumata əsasən, "Rubin" və "Fakel" klubları Lebonu heyətinə qatmağı planlaşdırır. Bunun üçün isə fransalının “Neftçi” ilə müqaviləsi və "ağ-qaralar"dakı vəziyyətinin nə yerdə olduğu ilə maraqlanıblar. Rusiya klubları qışda fransalı üçün rəsmi təklif göndərməyi planlaşdırırlar.

Başa çatan mövsüm qışda “Astana”dan “Neftçi”yə keçmiş Lebonun “ağ-qaralar”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti