“Neftçi” klubun seleksiya şöbəsinin üzvü Vadar Nuriyevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev 2020-ci ilin iyulundan noyabrınadək əsas komandada köməkçi məşqçi, 2021-ci ilin fevralından indiyədək isə klubun seleksiya şöbəsində çalışıb.
saytlarin hazirlanmasi