Braziliyalı hücumçu "Neftçi"ni tərk edir

19:09 - 24 İyul 2023

"Neftçi"nin hücumçusu Mateus Saldanya komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, 23 yaşlı forvard karyerasını Serbiyada davam etdirəcək. Bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Saldanya "Partizan"a keçəcək. Braziliyalı ön xətt oyunçusunun müqavilə imzalamaq üçün Belqrada getdiyi bildirilir.

Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı bu ilin yanvar ayında Yaponiyanın "Ceff Yunayted" klubundan icarəyə götürüb. "Sambaçı"nın Bakı klubu ilə müqaviləsi 31 dekabr tarixinədəkdir.

Xəbər xətti