Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-də çıxış edən Şer Ndrula maraqlanır. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Beşiktaş" 19 yaşlı orta xətt oyunçusunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" da gənc yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Qeyd edək ki, PSJ Şer Nduru mövsümün əvvəlində "Benfika"dan transfer edib. İtaliyalı futbolçu Paris təmsilçisinin heyətində Liqa 1-də 3 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi