"Çelsi" İngiltərə millisinin hücumçusunu transfer etmək istəyir

18:15 - 17 Fevral 2024

"Çelsi" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Brentford"da çıxış edən Ayven Toninin xidmətində maraqlıdır. Bu barədə "Sun" nəşri məlumat yayıb.

"Çelsi" İngiltərə millisinin üzvü üçün mövsümün sonunda onun klubuna cəlbedici təklif göndərəcək.

Qeyd edək ki, Ayven Toni bu mövsüm "Brentford"un heyətində meydana çıxdığı 4 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti