Almaninın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki. Frankfurt təmsilçisi "Nürnberq"dən Can Uzunun keçidini həll edib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
18 yaşlı vinger Bundesliqa təmsilçisi üçün tibbi müayinədən keçib. "Ayntraxt" gənc oyunçu üçün onun klubuna 10 milyon avro təzminat ödəyəcək. Futbolçu mövsüm bitdikdən sonra yeni komandasına qoşulacaq.
Qeyd edək ki, "Nürnberq" Can Uzunu 2019-cu ilin yayında "İnqolştadt" akademiyasından heyətinə qatıb. Türk futbolçu bu mövsüm II Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi