"Qarabağ" Mahir üçün "Dinamo"ya təklif göndərib - Xorvatiya mətbuatı

10:49 - 27 İyun 2024

"Dinamo"nun hücumçusu Mahir Emreli "Qarabağ"a keçə bilər.

Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün "Dinamo"ya təklif göndərib.

"Germanijak" portalı məsələ haqda bunları yazıb:

"Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. "Qarabağ"ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik".

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti