Portuqaliyanı İspaniyaya dəyişdi

17:56 - 27 İyun 2024

Növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcək "Jirona" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Braqa"dan Abel Ruisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya klubu 24 yaşlı forvard üçün "Braqa"ya 8,5 milyon avro təzminat ödəyib. İspan futbolçu "Jirona" ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Abel Ruis ötən mövsüm "Braqa"nın heyətində meydana çıxdığı 48 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti