"Sabah” Madriddə ikinci oldu

22:06 - 27 İyun 2024

İspaniyanın paytaxtı Madriddə keçirilən “MadCup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnirdə çıxışını başa vurub.

Sportal.az xəbər verir ki, Savalan Əlizadənin baş məşqçisi olduğu komanda turnirin “Bürünc Liqası”nın final matçında Venesuelanın “Talentos Vinotintos” komandası ilə qarşılaşıb. Oyun rəqibin 4:2 hesablı qələbəsi ilə nəticələnib. Hər iki qola Nihad Həsənov imza atıb. 

Bununla da, "Sabah"ın U-10 komandası “MadCup” turnirinin “Bürünc Liqası”nı ikinci pillədə başa vurub.

Xəbər xətti