"Yuventus"un hücumçusu "Fiorentina"ya keçir

19:15 - 27 İyun 2024

"Yuventus"un hücumçusu Moyze Kin karyerasını "Fiorentina"da davam etdirəcək.

Sportal.az xəbər verir ki, klublar arasında italiyalı futbolçunun transferi ilə bağlı razılıq əldə olunub. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Florensiya təmsilçisi 24 yaşlı forvard üçün Turin klubuna 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Moyze Kin ötən mövsüm "Yuventus"un heyətində 20 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti