ABŞ-də futbol meydançası çökdü

09:18 - 28 İyun 2024

ABŞ-nin İllinoys ştatında futbol meydançası qəfil çöküb. Onun yerində 30 metrlik çala yaranıb.

Sportal.az xəbər verir ki, hadisəyə stadionun altında yerləşən mədənin çökməsi səbəb olub.

Futbol meydançası dağılan zaman stadionda heç kim olmayıb. Arenanın örtüyü və çalaya düşən işıqlandırma dirəyinə ziyan dəyib.

Xatırladaq ki, ABŞ 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək üç ölkədən biridir. Turnirin oyunlarına Nyu-York, Hyuston, Dallas, Los-Anceles, Sietl və digər şəhərlərdə yerləşən stadionlarda keçiriləcək. ABŞ-dən başqa, Kanada və Meksika da oyunları qəbul edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək baş tutacaq.

Xəbər xətti