Türkiyə klubunun sabiq futbolçusu qəzada həlak oldu

20:54 - 27 İyun 2024

Kamerunlu sabiq futbolçu Lendri Nquemo dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında həlak olub. Bu barədə xarici mətbuat məlumat yayıb.

Lendri Nquemo "Nansi"nin yetirməsidir. Kamerun millisinin keçmiş üzvü karyerası ərzində "Seltik", "Bordo", "Sent-Etyen", "Akhisarspor", "Kayserispor" və "Konqsvinger"də çıxış edib. O, 2020-ci ildə peşəkar karyerasını başa vurub.

Xəbər xətti