"Real"dan Arda Gülər qərarı

20:05 - 27 İyun 2024

"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, italyan mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin icarəyə verilməsini istəmir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid təmsilçisi türk futbolçunu komandada saxlayacaq. Ançelotti gənc oyunçuya növbəti mövsümdə daha çox şans verəcək.

Qeyd edək ki, Arda Gülər ötən mövsüm "Real"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol vurub.

Xəbər xətti