"Sabah"ın rəqibi forvardı ilə yollarını ayırdı

11:18 - 27 İyun 2024

"Sabah"ın Futbol Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turundaki rəqibi İsrailin “Makkabi” klubu hücumçularından biri ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Stav Naxmani Hayfa klubunun sıralarını tərk edib.

O, ötən mövsümü icarə əsasında keçirdiyi İsrailin “Aşdod” klubu ilə 2 illik müqavilə imzalayıb.

Xatırladaq ki, “Sabah” və “Makkabi” klublarının oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Xəbər xətti