"Mançester Yunayted"dən İtaliya klubuna

12:18 - 27 İyun 2024

"Mançester Yunayted"in futbolçusu Rafael Varan İtaliyaya yollana bilər.

Sportal.az "CalcioMercato"ya istinadən xəbər verir ki, fransalı "Komo"ya keçmək variantına sahibdir.

İtaliya A seriyasına yüksələn klub Varan üçün hərəkətə keçib.

"Komo"nun baş məşqçisi Sesk Fabreqas da təcrübəli mərkəz müdafiəçisini sərəncamında görməyi düşünür.

Rafael Varan 2021-ci ildən "Mançester Yunayted"də çıxış edir, onun bu klubla müqaviləsi bu ayın sonunda başa çatacaq.

Xəbər xətti