Misli Premyer Liqasında 23-cü tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Sumqayıt" doğma meydanda "Zirə"ni qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Sumqayıt” – “Zirə” 0:3
Qollar: Rafael Utziq, 14, Salifu Suma, 36, 65
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00