"Turan Tovuz"un yarımmüdafiəçisi Anton Kraçkovski "Sabah"ın rusiyalı baş məşqçisi Vasili Berezutskinin perspektivlərini dəyərləndirib.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan Kraçkovski həmyerlisi haqda xoş fikirlər səsləndirib:
"Təəssüf ki, Berezutski ilə görüşmək imkanım olmadı. Onu “Sabah”la oyundan nə əvvəl, nə də sonra gördüm. Vasili Berezutskinin çox güclü baş məşqçi olmaq üçün yaxşı perspektivləri var. O, yüksək səviyyədə futbol oynayıb. Bu mənada, futbolda necə işləyəcəyini bilir. Onun böyük gələcəyi var".
Kraçkovski bu “qış transfer” pəncərəsində mövsümün sonuna qədər “Dinamo”dan (Maxaçqala) “Turan Tovuz”a icarə əsasında qoşulub.