Millimizin üzvünün asisti komandasını məğlubiyyətdən xilas etdi

01:01 - 23 Noyabr 2025

Niderland Yüksək Liqasında (Eredeviziya) 13-cü tur keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ozan Can Kökçünün oynadığı "Volendam" komandası səfərdə "Tvente" ilə 1:1 hesabı ilə heç-heçə edib. Kökçü komandası hesabda geri olduğunda, 73-cü dəqiqədə meydana daxil olub. 86-cı dəqiqədə isə qol ötürməsi verərək ev sahiblərinin heç-heçə etməsinə səbəb olub.

Qeyd edək ki, hazırda "Volendam" 14 xal toplayaraq turnir cədvəlində 13-cü yerdədir.

Xəbər xətti