İstanbul derbisinin hakimi açıqlandı

16:35 - 1 Dekabr 2016

Türkiyə Super Liqasının 13-cü turunda "Fənərbaxça" doğma meydanda əzəli rəqibi "Beşiktaş"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul derbisini idarə edəcək hakimin adına aydınlıq gəlib. Belə ki, "Şükrü Saracoğlu" stadionunda baş tutacaq qarşılaşmada Hüseyin Göçek ədaləti qoruyacaq.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" matçı 3 dekabr tarixində, Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Xəbər xətti