"Səbail"in kapitanı: "İnanırıq ki, növbəti mərhələyə keçən biz olacağıq"

15:27 - 24 İyun 2019

“Səbail”in kapitanı Eltun Yaqublu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” klubu ilə keçirəcəkləri oyunlar barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi növbəti mərhələyə keçəcəklərinə inandığını deyib:

 

“Yaxşı kollektivimiz və futbolçularımız var. Rəqibin necə təcrübəli komanda olduğunu bilirik. Qələbə qazanmaq üçün bütün gücümüzlə oynayacağıq. İnanırıq ki, növbəti mərhələyə irəliləyən komanda biz olacağıq”.

Xəbər xətti