75-ci oyunda ilk

12:23 - 2 Mart 2020

“Səbail” Azərbaycan Premyer Liqasında yubiley – 75-ci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, bu, XIX turun “Neftçi” ilə səfər matçına təsadüf edib. Hesabında 23 qələbə və 37 məğlubiyyət olan paytaxt təmsilçisi yubiley – 15-ci heç-heçəsinə imza atıb – 1:1.


75-ci qarşılaşma ilklə də əlamətdar olub. Eriko da Silva klubun tarixinə Premyer Liqa oyununda avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb. Premyer Liqada 3-cü mövsümünü keçirən komanda avtoqola üzülən 43-cü klub kimi tarixə düşüb.

 

Xəbər xətti