Rəhim Həsənova erməni qiymət verəcək

21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan - Monteneqro matçı azərbaycanlı hakimlərə həvalə edilib.

 

Sportal.az xəbər verir ki, matçı FIFA referisi Rəhim Həsənov idarə edəcək. Ona Elşən Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Nəsiyev yerinə yetirəcək.

 

Qarşılaşmanın hakim-inspektoru erməni Qevorq Hovhannisyan olacaq. Ukraynalı Yuri Barbaş UEFA nümayəndəsi kimi təyinat alıb.

 

Almatıda keçiriləcək qarşılaşma sentyabrın 3-ü baş tutacaq.

Tarix: 2 Sentyabr [00:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Oktyabr 2020
29  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio