Samir Abasovdan Keysuke Honda açıqlaması

20:56 - 8 Mart 2021

"Neftçi"nin baş məşqçisi Samir Abasov Yaponiya millisinin sabiq üzvü Keisuke Honda ilə razılığa gəldikləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, o, razılıq əldə edildiyini deyib:

 

"Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilən oyunçudur. Honda müxtəlif mövqelərdə oynaya bilir. Demək olar ki, razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar ola bilər".

Xəbər xətti